...

Gənc Tamaşaçılar Teatrı Türkiyədə üç tamaşa ilə çıxış edib

Cəmiyyət Materials 1 May 2007 16:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /müx.Trendlife Eldar Hüseynzadə/Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyəyə qastrol səfərindən qayıdıb.Trendlife-a bu barədə teatrın direktoru Mübariz Həmidov xəbər verib.

Kollektiv Alaniyada "Cocuk" adlı uşaq festivalında iştirak edib. Səfər Alaniya bələdiyyəsinin dəvəti ilə baş tutub. Əvvəlcə 23 apreldə onlar məktəb uşaqları üçün "Oxu, oyna" , ardınca isə yuxarı sinif şagirdlərinə "Xeyr və Şər" (Nizami Gəncəvi), "Ana qaz" (Rəsul Rza) əsərləri əsasında hazırlanmış tamaşalarla çıxış ediblər. 23-26 apreldə teatr kollektivi gündə iki tamaşa ilə çıxış edib. Festivalın sonunda Alaniya bələdiyyəsi başçısı Həsən Sipahioğlu maraqlı çıxışına görə kollektivə minnətdarlığını bildirib. GTT direktoru bələdiyyə başçısına Azərbaycandan gətirdiyi suveniri hədiyyə edib.

Qeyd edək ki, qastrol səfəri Mədəniyyət və turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti