...

Hüquq müdafiəçisi həbsdə olan jurnalist E.Fətullayevlə görüşüb

Cəmiyyət Materials 3 May 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İşgəncələr Əleyhinə Milli Komitənin rəhbəri Elçin Behbudov cümə axşamı 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan "Göndəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevlə görüşüb. Bu barədə E.Behbudov özü məlumat verib.

Onun bildirdiyinə görə, jurnalist Fətullayevin səhhətindən, saxlanma şəraitindən heç bir şikayəti olmayıb. E.Fətullayev həmçinin ona heç bir təzyiqlər göstərilmədiyini də deyib. Fətullayev yalnız mətbuatı izləmək üçün qəzetlərlə təmin olunmadığını deyib: "Bildirdi ki, bu yaxınlarda Beynəlxalq Qırmızı Xaç Cəmiyyyətinin nümayəndələri ona baş çəkiblər, vəziyyəti ilə maraqlanıblar. Ozünə qarşı heç bir təzyiq olmadığını dedi. Yalnız mətbuatı izləyə bilmir. Bu məsələni həbsxananın rəhbərliyindən soruşdum, mənə bildirdilər ki, özünün əleyhinə yazılan yazıları gördüklərinə görə ona qəzetləri vermirlər. Mən Fətullayevə bildirdim ki, azadlığı çıxana gədər bizim komitənin nəzarəti altında olacaq", -deyə Behbudov məlumat verib.

Xəbər lenti

Xəbər lenti