...

Ermənilər Qarabağdakı qoz ağaclarını xaricə daşıyırlar

Cəmiyyət Materials 3 May 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /korr.TrendLife Fərid Sadıxov/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğal olunmuş Azərbaycan ərazilərində təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəzinin apardığı müşahidələrlə bağlı yeni faktlar açıqlayıb.

Bildirilib ki, 2001-ci ildən Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən "Maks Vud" şirkəti qoz ağaclarını qıraraq İtaliya və İspaniyaya ixrac edir. Məlumatlara görə indiyədək Dağlıq Qarabağ ərazisində təqribən 10000 qoz ağacı qırılıb. Ekspertlərin fikrincə, İtaliya və İspaniyaya ixrac olunan yüksək keyfiyyətli qoz ağacları avtomobillərin interyerinin qurulması və silah qundağı istehsalı üçün istifadə olunur. Ehtimal olunur ki, belə davam edərsə, Dağlıq Qarabağ ərazisində bir dənə də olsun qoz ağacı qalmayacaq..Digər məlumata görə, Dağlıq Qarabağın Ağdərə rayonunda Drmbon qızıl və mis yataqlarının istismarı ilə məşğul olan "Beys Metlz" şirkəti emal olunmuş filiz istehsalının həcmini 300 min tona qədər artırıb. Bu artım nəticəsində erməni müəssisənin illik gəliri 30 milyon ABŞ dolları təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məlumatları ermənilərin öz mənbələrinə istinadən yayıb. Nazirlik dünya ictimaiyyətini Azərbaycana məxsus sərvətlərin talan edilməsi faktına diqqət yetirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti