...

Azərbaycan kitabları Tehran sərgisində nümayiş etdirilir

Cəmiyyət Materials 4 May 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /korr.TrendLife Fərid Sadıxov/ İranın paytaxtı Tehran şəhərində XX beynəlxalq kitab sərgisi öz işinə başlayıb. Sərgidə ölkəmizi "Əlhuda" beynəlxalq nəşriyyatı və "Kitab klubu" MMC təmsil edir.

"Kitab klubu"ndan TrendLife-a verilən məlumata görə, sərginin Azərbaycan bölməsinə 450-dən artıq müxtəlif mövzuları və sahələri əhatə edən kitab, jurnal və digər nəşriyyat məhsulları yerləşdirilib.

Həmin nəşrlər arasında "Xocalı soyqırımı", "Şah İsmayıl Səvəfi", "Əlifba", "Ana dili", "Azərbaycan dilinin orfoqrafiyası" kimi kitablar var. Ölkəmizi təmsil edən qurumlar sərgiyə tamaşa edənlərdən Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, müasir və klassik ədəbiyyatına aid sifarişlər də qəbul edəcəklər. Sərgi fəaliyyətini mayın 11-dək davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti