...

Paytaxtda 6 dönərxananın fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 7 May 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 may /müx. "TrendLife" F.Sadıxov

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dönər kababı yeməyə meylli olan şəxsləri diqqətli olmağa çağırıb. Çünki dönər satışı ilə məşğul olan obyektlərin əksəriyyətində sanitar noramalara əməl olunmur. Bu günlərdə Nəsimi, Nizami və Binəqədi rayonları ərazisində dönər kabab satışı ilə məşğul olan obyektlərdə reydlər keçirilib. Mərkəzdən "TrendLife"a verilən məlumata görə, Binəqədi rayonunda 4, Nəsimi və Nizami rayonlarında isə 2 dönər satışı obyektinin fəaliyyətinə qadağa qoyulub, daha 3 obyekt isə cərimələnib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Z.Kazımovun sözlərinə görə, havalar istiləşdiyindən dönər satışı köşklərinin daimi nəzarətdə saxlanılması vacibdir. Buna görə də mərkəz reydləri davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti