...

"Mersedes-Benz" köməyə gələcək

Cəmiyyət Materials 8 May 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /müx. " İradə Əsədova\

Hazırda təcili tibbi yardım briqadasının sayı 133-dür. Ölkəmizdə təcili tibbi yardımın səviyyəsinin artırılması üçün dövlət 12 milyon dollar vəsait ayırıb. Həmin vəsaitin hesabına dünya standartlarına uyğun təcili tibbi yardım sisteminin yaradılması nəzərdə tutulur. Bu haqda "TrendLife"a məlumat verən Mərkəzi Təcili Tibbi Yardım Stansiyasından onu da bildiriblər ki, hazırda təcili tibbi yardımda istifadə olunan nəqliyyat vasitələrinin yenisi ilə əvəzlənməsi çox vacibdir. Çünki həmin maşınların əksəriyyətinin istismar müddəti artıq çoxdan bitib. İlin sonuna qədər 150 xüsusi "Mersedes-Benz" markalı avtomobilin gətirilməsi planlaşdırılıb. Həmin avtomobillərdən 50-si daha ağır vəziyyətdə olan xəstələrə xidmət göstərəcək. İlin sonuna qədər təcili tibbi yardım briqadasının sayı 200-ə çatacaq.

Xəbər lenti

Xəbər lenti