...

Bakıda talassemiyaya həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 8 May 2007 17:57 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bakıda "Talassemiyanın aktual problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycanın Səhiyyə Nazirliyinin baş gematoloqu Çingiz Əsədov məlumat verib.

Konfrans 10-11 mayda Azərbaycanın gematoloqlar və transfuzioloqları cəmiyyətləri və Türkiyənin "Gemoqlobin" Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək.

Konfransın açılışında səhiyyə nazirinin müavini Sənan Kərimov, Ç.Əsədov və Rusiya, Türkiyə, Gürcüstan, İtaliya, Ukrayna, İsveçrənin bu sahədən olan mütəxəssisləri iştirak edəcək.

Ümumilikdə tədbirə 40-dan artıq mütəxəssis dəvət olunub. Görüşdə konfransın iştirakçı dövlətlərinin hər birində talassemiyanın vəziyyəti, xəstəliyə qarşı mübarizə yolları, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti