...

Azərbaycanda yeni həbsxananın inşasına başlanılacaq

Cəmiyyət Materials 10 May 2007 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycanda yeni həbsxananın inşasına ilin sonlarında başlanılacaq. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, həbsxananın tikintisi üçün Unbakı ərazisində 20 hektar torpaq sahəsi ayrılıb. Həmin ərazidə həbsxana ilə yanaşı orada çalışacaq əməkdaşlar üçün yataqxanalar da inşa olunacaq. Nazir müavininin sözlərinə görə, hazırda layihə-smeta sənədləri hazırlanır.

Ələkbərov Unbakı ərazisində yerləşən cüzamlı xəstələrin saxlandığı müəssisənin gələcəkdə məhkumların həyatı üçün təhlükə yaradacağı ilə bağlı mətbuatda yayılan məlumatlara da aydınlıq gətirib. O bildirib ki, yeni inşa olunacaq həbsxana ilə həmin müəssisə arasında 15 km məsafə var. Həmçinin həbsxananın yaxınlığında əhalinin yaşayışı üçün torpaq sahələri ayrılıb və məhkumların sağlamlığı üçün gələcəkdə heç bir təhlükə yoxdur.

Qobustan qapalı həbsxanası Qobustan Dövlət Qoruğunun ərazisində yerləşdiyindən YUNESKO-nun təklifi ilə həmin ərazidən köçürülməlidir. Bu səbəbdən də həbsxana üçün yeni ərazi ayrılıb. Yeni inşa olunacaq həbsxanada ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar üçün xüsusi korpus tikiləcək. Həbsxana Avropa standartları çərçivəsində inşa olunacaq.

Xəbər lenti

Xəbər lenti