...

Dağlıq Qarabağda 30 şirkət qanunsuz fəaliyyət göstərir

Cəmiyyət Materials 11 May 2007 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /müx.TrendLife Fərid Sadıxov/Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları ölkənin işğal olunmuş ərazilərində qalıb. Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yatağı mövcuddur. Bura qızıl, civə, mis, qurğuşun, sink, üzlük daşı, mişar daşı, sement xammalı, şirin və mineral su yataqları daxildir.

ETSN-nin müxtəlif kanallar vasitəsilə aldığı məlumatlara görə, zəbt olunmuş ərazilərimizdə son illər təbii sərvətlərin daha intensiv istismar olunması məqsədilə investisiya qoyuluşu davam edir. Xarici dövlətlərdə yaşayan erməni millətindən olan şəxslərin yaratdıqları bir neçə firma Dağlıq Qarabağda təbii sərvətləri istismar etmək üçün fəaliyyət göstərir. Hazırda ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar daxil olmaqdadır. . Dağlıq Qarabağa birbaşa kapital qoyuluşunun ümumi həcmi 40 milyon dollar təşkil edir. Bu vəsait qoyuluşu əsasən dünya erməni diasporu tərəfindən həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son illər yeraltı sərvətlərin istismarı yönündə Dağlıq Qarabağda 30-dan çox şirkət fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti