Azərbaycan, Bakı, 12 may /müx.Trendlife Qalina Məcidova/"Uşaqların müdafiə hüququ" adlı mətbuat konfransını liqanın işçisi Yüsif Bəkirov bui il ikinci dəfə BMM-lə üzbəüz küçədə keçirdi. Səbəb isə maliyyə çatışmazlığı olub.
8 Dünənki konfrans çox aktual idi. Azərbaycanda xüsusi göstəricilərə görə, 480 min əlil yaşayır. Onların 48 mini uşaqlardır. Bəkirovun fikrinə görə, bu qədər əlilin olması çətin həyat tərzi, sosial problemlər, ən əsası ekologiyanın natəmizliyi ilə bağlıdır. Bəkirov onu da bildirdi ki, hər il əlillərin müdafiə hüququnu təmin etmək üçün xarici ölkələrdən Azərbaycana qrantlar gəlir. Lakin bunlar çox vaxt öz yiyələrinə çatmır. Bundan başqa Səhiyyə Nazirliyinin HƏEK-i keçmiş qanunlara baxmır. Belə ki , əlilər hər il müayinədən keçməli, əlilliyin müddətini uzatmalı və hətta dövlətdən kompensasiya almalıdırlar. Əksinə olaraq əlillər arayış almaq üçün onları pul ödəməyə məcbur edirlər.
Əlil uşaqlar hökymətdən sosial kompensasiya olaraq 35 manat alırlar.Bəkirovun dediyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəstə uşaqları qruplara bölüb. Belə ki, bu uşaqların arasında qabliyyətli olanlar təhsillərini məktəbdə davam etdirmək istədiyi vaxtda Təhsil Naziirliyinin psixolioji və pedoqoji komissiyası əlil uşaqlar üçün çoxlu çətinliklər yaradır. Bu komissiya həftədə 2 dəfə işləyir. Hər uşaq bu komissiyadan 45 dəqiqə ərzində keçir. Və bu vaxt ərzində heç bir həkim dəqiq qərar verə bilmir.
Uşaqlar üçün daha bir problemi nəqliyyat xərcləri yaradır. Qanuna görə, əlil uşaqlara hökümət hər ay 10 manat ayırıb. Lakin Azərbaycanın bir çox regionlarında uşaqlar bu pulu almırlar. Buna sübut isə paytaxtımıza regionlardan daxil olan əlil uşaqların valideynlərinin şikayət məktublarıdır.