...

Qrossmeyster Şəhriyar Məmmədyarov: "Dünya çempionu olmaq istəyirəm"

Cəmiyyət Materials 12 May 2007 12:32 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/"Mən dünya çempionu olmaq və FİDE reytinqində birinci yerdə olmaq istəyirəm". Bu barədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sofiyada keçirilən "M-Tel Masters" super turnirində perspektiv planları barədə danışarkən bəyan edib.

chesspro.ru məşhur şahmat portalına istinadən Trend məlumat verir ki, idmançı arzularına çatacağına ümidvar olduğunu bildirib. "Şahmat oynamağa atam məni məcbur edib. Əvvəllər mən xüsusi həvəs olmadan şahmatla məşğul olurdum, lakin indi çox xoşbəxtəm ki, şahmat oynayıram", deyə gənclər arasında dünya birinciliyinin ikiqat qalibi təəssüratları ilə bölüşüb.

Qeyd etmək lazımdır ki, hazırda Ş.Məmmədyarov FİDE reytinqinin birinci beşliyindədir və gələcək irəliləyiş üçün yaxşı şanslara malikdir.

Xəbər lenti

Xəbər lenti