...

Şəhriyar Məmmədyarov Sofiyadakı turnirdə liderliyini qoruyub saxladı

Cəmiyyət Materials 14 May 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sofiyada keçirilən "M-Tel Masters" super-turnirdə uğurlu çıxışını davam etdirir.

Trend in məlumatına görə, üçüncü turda Məmmədyarov 2005-ci ildə qitə birinciliyinin çemponluğunu qazanan rumıniyalı Liviu Diter Nisipyanu ilə heç-heçə edib. Bunun nəticəsində Şəhriyarın yaxın izləyicilərilə arasında olan 0,5 xallıq fərq dəyişməyib.

Amerikalı Qata Kamski ingiltərəli Maykl Adamsla "sülh" bağlayıb, bolqarıstanlı Veselin Topalov isə hindistanlı Krişnan Saşikiranı mat vəziyyətində qoyub. Qeyd edək ki, məhz Topalov bu turnirdə Məmmədyarovun əsas rəqibi sayılır, baxmayaraq ki, iki il bundan əvvəl həmyerlimizə məğlub olub.

Xəbər lenti

Xəbər lenti