...

Azərbaycan idman səhiyyəsi ilə bağlı Sofiyada keçiriləcək konfransa qatılacaq

Cəmiyyət Materials 15 May 2007 11:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər-Lənkəran" futbol klubunun baş həkimi Boris Xetaqurov mayın 21-22-də Sofiyada keçiriləcək idman səhiyyəsi üzrə elmi-praktik konfransa qatılacaq.

Azərbaycanın əməkdar həkimi olan Xetaqurov bildirib ki, onu bu konfransa Bolqarıstan Futbol Federasiyası dəvət edib. Dəvəti federasiyanın prezidenti Borislav Mixaylov imzalayıb.

"Seminara Balkan ölkələrinin yığmalarında işləyən həkimlər, habelə aparıcı Avropa klublarının həkimləri və bir sıra mütəxəssislər qatılacaq. Odur ki, seminar kifayət qədər nüfuzlu olacaq" - deyə Xetaqurov bildirib.

Güman olunur ki, seminar iştirakçıları futbol səhiyyəsində son yenilikləri müzakirə edəcək və zədələrlə bağlı statistik məlumatları açıqlayacaqlar.

Xəbər lenti

Xəbər lenti