...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi davam edir

Cəmiyyət Materials 16 May 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı "Azpetrol" şirkətlər qrupunun prezidenti Rafiq Əliyevin və digər 17 nəfərin çərşənbə günü keçirilən məhkəməsində vəkilin etirazı təmin olunmayıb.

Qeyd edək ki, hakim Tofiq Paşayevin sədrliyi ilə çərşənbə axşamı keçən hazırlıq iclasında Fərhad Əliyevin vəkillərindən biri Ramiz Məmmədov dövlət ittihamçıları Bəşir Cəfərov və Nazir Bayramovun prosesdə dövlət ittihamçısı kimi iştirakına etirazını bildirmişdi. Vəkil etirazını onunla əsaslandırıb ki, ibtidai istintaqa nəzarəti Baş Prokurorluq həyata keçirib və Əliyev qardaşlarına qarşı qərəzli mövqe tutub.

Çərşənbə günü proses başlayan kimi hakim vəkil Məmmədovun bu etirazının təmin olunmadığını elan edib. Hakim isə qərarını onunla əsaslandırıb ki, Azərbaycanın qanunvericiliyinə görə, məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi İdarəsi həyata keçirir, buna görə də etiraz əsassız hesab edilir.

Məhkəmə prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti