...

Azərbaycanda daha iki jurnalist həbs olundu - versiya 1 (video)

Cəmiyyət Materials 16 May 2007 18:21 (UTC +04:00)
Azərbaycanda daha iki jurnalist həbs olundu - versiya 1 (video)

Azərbaycan, Bakı / Trend , müxbir, K. Zərbaliyeva/ Millət vəkili Cəlal Əliyevin "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirliyə və qəzetin əməkdaşı Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə bu gün Yasamal rayon məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə məhkəmə prosesi keçirilib. Yasamal rayon məhkəməsinin hökmü ilə "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə Cinayyət Məcıələsinin 147.1 və 147.2 maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhkum olublar. Onlar məhkəmə zalından həbs olunaraq penitensiar xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasına aparılıblar.

Millət vəkili iddia edir ki, qəzetin 24 fevral və 3 mart tarixli saylarında dərc olunmuş "A.M.A.Y-Əliyevlər ailəsinin ticarət nişanı" adlı məqalə ilə şərəf və ləyaqəti təhqir olunub.

Xəbər lenti

Xəbər lenti