...

Qaradağda xüsusi istedadlı uşaqlar üçün litsey açılacaq

Cəmiyyət Materials 17 May 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may/müx.TrendLife Fərid Sadıxov/ Təhsil Nazirliyi "Xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində tədbirlər görür. Nazirliyin bununla bağlı fəaliyyət planında bir sıra addımlar atılıb. TrendLife-a verilən məlumata görə, "İstedad bankı"nın yaradılması məqsədilə rayonlar üzrə istedadlı şagirdlərin siyahıları toplanılıb.

Bundan başqa, bəzi şəhər və rayonlarda yeni tipli tədris müəssisələrinin yaradılmasına başlanılıb. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, belə müəssisələrdən biri Qaradağ rayonunda açılacaq. Bu təhsil müəssisəsində ancaq xüsusi istedadlı uşaqlar oxuyacaqlar. Bu məsələ Qaradağ Rayon İcra Hakimiyyətilə də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti