...

Xalça Muzeyində beynəlxalq muzey gününə həsr olunmuş gecə keçiriləcək

Cəmiyyət Materials 17 May 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /müx.TrendLife Eldar Hüseynzadə/Mayın 19-da xalça Muzeyində "Muzey və universal miras" devizi adlı tədbir keçiriləcək. TrendLife-ın verdiyi məlumata görə, bu tədbir beynəlxalq muzey gününə həsr olunacaq. Tədbir saat 18:00-da başalyacaq, saat 23:00-da qurtaracaq.

Xalça Muzeyində böyük konsert də gözlənilir. Həmin konsertdə "Yuğ" və "Nağıllar" teatrlarının yaradıcılıq nümunələri, Milli rəqslərimiz, gənc modeyer İnci Kərimovanın paltarları nümayiş etdiriləcək. Onu da qeyd edək ki, bu cür tədbir muzey tarixində birinci dəfədir.

Xəbər lenti

Xəbər lenti