...

Yazıçı Məmməd Orucun yubileyi keçirildi

Cəmiyyət Materials 17 May 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /müx.TrendLife Eldar Hüseynzadə/Bu gün Azərbaycan Yazıçılar Birliyində tanınmış yazıçı Məmməd Orucun yubileyi qeyd olundu. TrendLife-ın verdiyi məlumata görə, onun 60 yaşı tamam olub.

Tədbirdə çıxış edənlər onun yaradıcılığından söhbət açdılar. Ən əsas isə onun "Asfaltın üstündə qu quşu" əsərini xüsusi vurğuladılar. Onu da qeyd edək ki, bu əsər keçən il Rusiyanın "Xalqlar dostluğu" jurnalında N.Ağasiyevin tərcüməsində çap olunub.

Yubiley gecəsi Yazıçılar Birliyinin "Natəvan" zalında keçirildi.

Xəbər lenti

Xəbər lenti