...

"Mən sizi sevirəm, amma maşın istəyirəm!"

Cəmiyyət Materials 19 May 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /müx. "TrendLife" Vüqar Vüqarlı/

"Mən sizi sevirəm, amma maşın istəyirəm!" Bəli, Tünzalə Ağayeva (Toppuş bacı) dünənki maşın mübarizəsində bu sözləri işlətdi. Məhkəmə kürsüsündə iştirak edən Tünzalə dəstəyi üçün sakitcə səs toplayırdı və belə asanlıqla oyunun ağsaqqalı Rafael Dadaşovu yarışdan uzaqlaşdırdı. Əgər desək ki, qocaman "Alen Delon" şokdaydı... O, bir alicənab kimi Toppuş bacının seçiminə hörmətlə yanaşdı. Ümumiyyətlə, oyunun 7-ci günü çox anlaşılmaz və müəmmalı oldu. Billə billə ki, bir neçə saatdan sonra kimsə oyunu tərk edəcək, heç kim özünü sığortalamırdı. Bəli, cənablar, mən yanılmamışam, burada oyun çox alicənab şəkildə gedir və "Nissan" uğrunda ancaq aktyorlar mübarizə aparırdı. Onlar çox gözəl bilirdilər ki, hansı layihəyə gəlirlər. Yaxşı bilirdilər ki, bundan əvvəlki maşın layihəsində nə qədər qalmaqallar olub. Sadəcə, bu layihəyə yaxşıca hazırlaşmışdılar. Hamı öz əsl üzünü qoruyub saxlayır, qalmaqal və intriqalardan qaçır. Əziz cənablar, sırf psixoloji baxımdan mümkün deyil axı. Qapalı məkanda uzun müddət qalsan və hər gün eyni sifətləri görsən. Normal insan dəli ola bilər. Məhz buna görə kosmos uçuşu öncəsi kosmonavtlara altı ay psixoloji dərs keçirlər, çox vaxt heç bu da kömək etmir. Yerigəlmişkən, iştirakçılardan biri özü demişdi ki, ailə üzvləri ilə də uzun müddət bir yerdə qalanda, istər-istəməz münaqişə olur. Burada isə şou iştirakçıları xeyirxahlıq anlarında da "həddi aşmışdılar". Gah Allahverdi Yolçuyev Elməddinə onu çıxartmağı təklif edirdi, gah da bütün iştirakçılar billə-bilə ki, Tünzalə oyunda qalsa kimisə çıxardacaq, yenə onu dəstəkləyirdilər. Bugünki günə kimi yalnız Natavan Valeh Kərimovun getməyi üçün dəstək istəyib. Təəssüf hissi ilə qeyd edim ki, "Maşın-şou"nun yeddinci sürəti olduqca maraqsız keçir . Bir iki dəfə Vado zarafat edir, Elməddin də ona qoşulur, bəs sonra? Mənə hələ də qaranlıqdır ki, Murad Dadaşov heç kimin tanımadığı üzləri, daha çox partizana bənzər di-ceyləri nə üçün oyuna dəvət edib? Düzdür, Murad verlişin ağasıdır, necə deyərlər, "Ağa deyir sür dərəyə, sür dərəyə!" Ümid edirəm ki, bundan sonra biz bu oyuna Sənubər İsgəndərliyə və yaxud Vadoya görə baxmayacağıq. Və iştirakçılar da hind filmi nümayiş etdirməkdən yorulub, triller janrına keçəcəklər...

Xəbər lenti

Xəbər lenti