...

Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı monitorinq keçiriləcək

Cəmiyyət Materials 21 May 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri həbsdə olan jurnalistlərlə bağlı monitorinq keçirəcək. İctimai Komitənin koordinatoru Kamil Səlimov bazar ertəsi Trend ə bildirib ki, monitorinqin məqsədi həbsdə olan jurnalistlərin saxlanma şəraitini öyrənməkdir. Monitorinq zamanı Komitə üzvləri həbsdə olan jurnalistlərlə görüşəcəklər.

Azərbaycanda hazırda 7 jurnalist həbsdədir. Məhkəmənin hökmü ilə "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev, "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə, "Noto-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiyev (Novruzoğlu) 2 il 6 ay, "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu 4 il, yazar Rafiq Tağı və "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Səlimov qeyd edib ki, mayın 30-da İctimai Komitənin növbəti iclası keçiriləcək. İclasda bu sahədə qanunvericilikdəki bəzi məsələlər müzakirə olunacaq və bəzi təkliflər hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti