...

Boris Yeltsin Kubokunda azərbaycanlı voleybolçuların rəqibləri müəyyən olunub

Cəmiyyət Materials 23 May 2007 14:02 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/İyunun ortalarında Yekaterenburq və Nijnı Tagildə keçiriləcək Rusiyanın birinci prezidenti Boris Yeltsin Kubokunun qrup mərhələsi üzrə azərbaycanlı voleybolçularının rəqibləri müəyən olunub.

Faiq Qarayevin yetirmələri Çindən olan olimpiada çempionları, Hollandiya və Belarusdan olan volleybolçularla bir qrupa daxil olub. Belarus yığma komandası həmçinin sentyabrda Belçikada keçiriləcək Avropa çempionatı üzrə komandanın rəqibidir. Kubok reqlamentinə əsasən, növbəti dairəyə daxil olmaq və yarımfinala vəsiqə almaq üçün Azərbaycan volleybolçuları altqrupda birinci və ya ikinci yeri tutmalıdırlar.

Bu il yarışın keçirilməsi B.Yeltsinin vəfatı ilə əlaqədar son ana qədər sual altında qalmışdı.

Xəbər lenti

Xəbər lenti