...

Həbs olunan jurnalistlərin əfv məsələsi həllini tapa bilər

Cəmiyyət Materials 23 May 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev çərşənbə günü bəyan edib ki, müəyyən dövrdən sonra həbs olunan jurnalistlərin əfv məsələsi həllini tapa bilər. Onun sözlərinə görə, növbəti əfv fərmanının imzalanması üçün müraciətlərə vaxtaşırı baxılır.

Mehdiyev jurnalistlərin tutulması ilə bağlı Azərbaycanın regionda lider dövlətə çevrildiyi barədə beynəlxalq təşkilatların mövqeyinin yanlış olduğunu da bildirib.

"Azərbaycanda jurnalistlər qanuna tabe olmalıdır. Jurnalistlər üçün Azərbaycanın maraqlarının satılması, böhtan yazılması üçün istisna hal yaradılmayıb" - deyə Mehdiyev əlavə edib.

Hazırda Azərbaycanda yeddi jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti