...

Gənc Tamaşaçılar Teatrının artistləri Rusiyada təhsil alacaqlar

Cəmiyyət Materials 24 May 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /müx. "TrendLife" Rəna Şirəliyeva/

İyunun 1-dən 24-nə qədər Rusiyanın Serpuxov şəhərində MDB və Baltiq ölkələrinin rus teatrlarının gənc artistləri üçün Beynəlxalq yay teatr məktəbi keçiriləcək. "TrendLife"ın verdiyi məlumat görə, bu il həmin məktəbdə Azərbaycandan Gənc Tamaşaçılar Teatrının rusdilli şöbəsindən olan iki nəfər - Yelena Şetinkina və Ramil Əzimov təhsil alacaqlar. Beynəlxalq yay teatrının şərtləri isə bundan ibarətdir: Artistlər mütləq məktəbdə monotamaşa, ədəbi musiqili kompazisiya nümayiş etdirməlidirlər. Bizim artistlər Q.Qorinanın əsəri olan "Gülümsəyin, cənablar" adlı tamaşanı təqdim edəcəklər. Yay teatr məktəbində Azərbaycanla yanaşı, Estoniya, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynadan olan artistlər iştirak edəcək. Bir ay müddətində artistlər səhnə danışığı, səhnə hərəkətləri, səhnə akrobatikası, rus və xarici teatrların tarixi ilə tanış olacaqlar. Artistlərlə Rusiya Teatr Sənəti Akademiyasının, B.Şukina adına Teatr İnstitutunun, M.Şepkin adına Teatr İnstitutunun, Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının görkəmli müəllimləri məşğul olacaqlar. Onu da qeyd edək ki, layihə Rusiya Federasiyasından kənarda olan Rus teatrlarına dəstək mərkəzinin proqramı çərçivəsində, Rusiya prezidenti V.Putinin nəzarəti altında, Serpuxov şəhərinin rəhbərliyi ilə birlikdə Moskva vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

.

Xəbər lenti

Xəbər lenti