...

Kür çayının Azərbaycan hissəsində suyun səviyyəsi enməyə başlayıb

Cəmiyyət Materials 25 May 2007 11:01 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend , müxbir E.Məmmədli/ Araz çayında və Kürün yuxarı hissəsində daşqınların sənqiməsi Salyanda sutkalıq səviyyənin 9 santimetr azalmasına səbəb olub.

Hazırda çaydan saniyədə 1780 kubmetr suyun keçməsi nəticəsində isə bəndlərdən sızan sular yaşayış məhəllələrinə dolmaqdadır. Bu günədək 500-ə yaxın evin həyətini və rayon mərkəzinin bir neçə küçəsini 25- 30 santimetr dərinlikdə qrunt suları basıb. Havaların gözlənilmədən istiləşməsi isə həmin suların çirkaba çevrilməsinə səbəb olub. Təbii fəlakətlə əlaqədar Salyan rayonunda gərginlik davam etməkdədir. Hökumət qurumları sahil bərkitmə və qrunt sularının axıdılması işini davam etdirir.

Xəbər lenti

Xəbər lenti