...

"Mən, sən, o və telefon" Türkiyədə ekranlaşdırılıb

Cəmiyyət Materials 29 May 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /müx.TrendLife Eldar Hüseynzadə/Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın "Mən, sən, o və telefon" əsəri Türkiyəli rejissor Nuran Evren tərəfindən ekranlaşdırılıb. Bu haqda TrendLife-a birliyin mətbuat katibi Ədalət Əsgəroğlu xəbər verib. Film sadəcə "Və telefon" adlanır.

Onu da qeyd edək ki, bu əsər 1967-ci ildə Moskvada "Həftə" qəzetində nəşr olunub. Və böyük uğur qazanıb. Əsər on dilə tərcümə olunub. 1968-ci ilin dekabrında "Mən, sən, o və telefon" əsəri ABŞ-ın "New World Review" jurnalında, 1970-ci ildə isə Kanadada nəşr edilib.

Xəbər lenti

Xəbər lenti