Azərbaycan, Bakı, 2 iyun /müx. "TrendLife" Amal Rübai/ Estrada ulduzlarından bəziləri yatıb yuxularında görürlər ki, "Eurovision" müsabiqəsi iştirakçıları arasındadırlar. Bunların sırasında Nadir Qafarzadə də var. Müğənninin "TrendLife"a verdiyi məlumata görə, Avropa müsabiqəsində o, ancaq özünü görür: "Mənim bu müsabiqə üçün gözəl səsim, kişi gözəlliyim var. Tək bir problemim - ingilis dilini bilməməyimdir. Onu da öyrənmək olar. Məgər bir mahnını ingilis dilində öyrənmək belə çətindir? Heç Azərbaycanda mənə rəqib yoxdur! Məndən başqa o müsabiqəyə "Yeni ulduz"dan İlhamə layiqdir. Onu da deyim ki, bu müsabiqədə bizim ən zəif müğənnimiz də iştirak edə bilər".
Bax belə, Nadir öz gələcək planları barədə bizimlə bölüşdü, həmçinin əlavə etdi: "Layihələr çoxdur. Gövhər Həsənzadənin mahnısı üzərində işləyirəm. Artıq oranjerovka hazırdır. Cahangir Cahangirov və Füzulinin kantantaları olan klassik əsərlər üzərində işləyirəm. İşim bitdikdən sonra ailəmlə birlikdə dincəlmək üçün ya Ukraynaya, ya Yaltaya, ya da Soçiyə yola düşəcəm.