Azərbaycanda qeyri-sabit hava şəraiti həftə ərzində davam edəcək
Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda qeyri-sabit hava şəraiti həftə ərzində davam edəcək. Bu barədə bazar ertəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılıb.
Abşeron yarımadasında havanın temperaturu gündüz saatlarında 22-27, aran rayonlarında 25-30, dağlıq ərazilərdə isə 15-20 dərəcə olacaq.
Yaxın üç gün ərzində Abşeron yarımadasında sərin hava şəraiti davam edəcək. Belə hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.