...

Kamal Dəniz Alfred Nobel və killer rollarında çıxış edəcək

Cəmiyyət Materials 6 İyun 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /müx.TrendLife Vüqar İmanov/

Kamal - kamil, mükəmməl, Deniz - isə qaynayan, coşğun kimi anlaşırılr. "Bəyaz həyat"da uğur qazandıqdan sonra Kamal Dəniz birdən-birə qeyb oldu. İndi yenidən təzə planları ilə peyda olub. TrendLife-ın müxbiri Kamalla onun mənzilində görüşdü. Orda Dəniz bıçaqlardan ibarət kolleksiyasını, çəkdiyi şəkilləri, okean və dənizlərin dibindən olan bəxşişləri və ağzınacan dolu təbii dondurulmuş balılqlarla soyuducunu təqdim etdi.

- Kamal Dəniz gah görünür, gah da qeybə çəkilir...

- Mən heç yerə itmirəm. Sadəcə Sankt-Peterburqa köçmüşəm, orda ən çox sevdiyim işlə -dayvinqlə məşğul oluram. Bir il bundan əvvəl Bakıda dayvinq məktəbi açdım. Biz Xəzərdə sualtı səyahətləri aşağıda adları çəkilən ərazilərdə təşkil edirik: Nargin adalarının ətrafında yerləşən batmış gəmilərin qəbirstanlığında, Pirsaatda, Vulfda, Jiloyda, Pirallahıda və s. Həmçinin indi mən Xəzərin xəritəsini tərtib edirəm. Bizim dəniz indiyəə kimi arxeoloji nöqteyi-nəzərdən hələ də öyrənilməmiş qalır. Bu işlə 60-70-ci llərdə professor Kvaçidze məşğul olurdu. Lakin o da axıracan məşğul ola bilmədi. Mən hazırlaşıram bu işi bitirim. Və Xərəz dənizinin təqiqatçısı kimi Azərbaycan tarixinə düşüm.

- Hazırda respublikada dayvinqin inkişafı realdırmı?

- Bizdə idmana maraq kifayət qədər artıb. Amma dayvinq həm idman növüdür, həm də hobbidir. Sadəcə gəncləri cəlb etmək lazımdır. Məsələn, bizə Rusiyadana və Türkiyədən çoxlu qonaqlar gəlir. Məqsədimiz nəinki respublikada turistləri, hətta müxtəlif xarici agentlikləri cəlb etməkdir. Bizim Caspian diver klubumuz Mədəniyyət və İdman Nazirliyi ilə birgə iyunun sonu-iyulun əvvəli "Dayvinq üzrə dünya kuboku" adlı beynəlxalq turnir təşkil edəcəyik. Yeri gəlmişkən, bu yaxınlarda məni Milli coğrafiya cəmiyyəti Azərbaycanın florası və faunasının film çəklişlərində onlarla əməkdaşlıq etməyə dəvət edib. Onları bizim çöl pişikləri, dağ keçiləri, ayılar, hətta qar adamı və s. maraqlandırır. Bzim Xəzərdə suitilər, nərə balıqları, müxtəlif növlü balıqlar yaşayır. Balıqçının sözlərinə görə, Xəzərin də öz Nessisi var. Mən Allaha dua edirəm ki, onunla qarşılaşım və şəkil çəkdirim.

- Azərbaycanlı ixtyandr daha nə ilə məşğul olur?

- Təbiətdə olmağı çox sevirəm. Ancaq hazırda mənim üçün əsas məqsəd Azərbaycanda sualtı idman növünü məşhurlaşdırmaqdır. Bircə dəfə kimsə sualtı səyahətə çıxsa, inanın ki, o qədər həzz alacaq ki, hər dəfə səyahət etmək isətyəcək. Belə ki, təsəvvür edin, orda nə mobil telefon, nə maşın var. Bu, adama xüsusi zövq verir.

- Bəs yeni rollara necə, sizi dəvət etmirlər?

- Əksinə. Mən bu yaxınlarda 52 seriyadan ibarət "Etiraf" filminə dəvət almışam. Filmin çəkilişləri Azərbaycanda keçəcək. Mən orda cani rolunda oynayacağam. Caninin adı Maodur. Bundan əlavə, Alfred Nobel roluna da dəvət almışam. Film İsveçrədən olan Nobel şirkəti tərəfindən maliyyələşəcək. Filmdə nəinki bizim aktyorlar, həmçinin Rusiyadan aktyorlar iştirak edəcək. Çəkilişlər Bakıda, Sankt-Peterburqda, Sürixdə aparılacaq. Film Azərbaycan dilində çəkiləcək. Avropa ölkələrində isə rus və ingilis dillərində dublyaj olunacaq.

Xəbər lenti

Xəbər lenti