...

Bakıda görkəmli rus şairi Puşkinin doğum günü qeyd edilib

Cəmiyyət Materials 6 İyun 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyası (DİP), Bakı Slavyan Universiteti, "Xəbərlər-Azərbaycan" Agentliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə çərşənbə günü Bakı Slavyan Universitetində dahi rus şari A.S.Puşkinin anadan olmasının 208-ci ildönümü qeyd olunub.

Tədbir Universitetdə Pşkinin həyat və yaradıcılığına həsr olunan sərginin açılışı ilə başlayıb. Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov, DİP sədri, millət vəkili Asim Mollazadə, Azərbaycandakı rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digər şəxslər Puşkinin həyat və yaradıcılığından, onun Qafqazla əlaqələrindən danışıblar.

Tədbirdə bildirilib ki, Puşkinin doğum günü hələ 108 il əvvəl Azərbaycanın Naxçıvan qəzasında qeyd edilmişdi. SSRİ dağılandan sonra Azərbaycan Puşkinə heykəl ucaldan yeganə postsovet ölkəsidir.

Şairin doğum günü ilə əlaqədar ədəbi-bədii proqram da nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti