...

Azərbaycana Ermənistanda hazırlanan sazlar gətirilir

Cəmiyyət Materials 6 İyun 2007 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /müx.TrendLife Günel Əhmədova/Ermənistanın məhsulları dolayısı ilə bu gün də Azərbaycan bazarına yol tapır. Aşıqlar Birliyinin rəhbəri Zümrüd Əsgərqızının TrendLife-a verdiyi məlumata görə, sazın vətəni olan Azərbaycana Ermənistanda hazırlanan sazlar gətirilir. Daha çox Əzizbəyov metrostansiyası ətrafinda satışa çıxarılan bu sazlar 50 manat dəyərindədir.

Sərhədçiləri ayıq-sayıq olmağa çağıran qurum sədrinin açiqlamasına görə, alətlər ölkəmizə Gürcüstan sərhədindən keçirilərək gətirilir.

"Bu, ermənilərin bizə olan daha bil mesajıdır. Faktı doğrultmaq üçün bir neçə ustadla həmin sazlara baxış keçirdik. Məlum oldu ki, ermənilər Azərbaycana məxsus saza baxıb onun oxşarını yaradıblar", - deyən Z.Əsgərqızı alətlər arasındakı fərqi izah edərək bildirdi ki, əslində ucuz qiymətə satılan sazların keyfiyyəti çox aşağıdır. Pərdədə uyğunsuzluq var, səs imkanları isə zəifdir. Aşıqlar Birliyi sədrinin fikrincə, bu cür alətlər paytaxt kənarında yerləşən kafelərdə ara aşıqları tərəfindən istifadə edilir. Onun fikrincə, əsil sənətkar həmin sazı sinəsinə sıxmaz.

Keyfiyyət üstünlüyü ilə seçilən Azərbaycan sazlarının qiymətinə gəlincə, Z.Əsgərqızı belə bir açıqlama verdi: "Tovuzlu Xudunun ənənələrini davam etdirən oğlu Fərmanın hazırladığı sazlar minimum 500 ABŞ dollarına satılır. Sənətə 50 manat qiymət verən aşıqlar heç vaxt sənətkar ola bilməzlər. Ermənilərə gəlincə, onlar bizim alətimizin oxşarını hazırlayıb sata bilərlər, amma 72 aşıq havasının heç birini çala bilməzlər".

Zümrüd xanım erməni sazının Azərbaycana ayaq açmasını bu cür də izah etdi: "Bir müddət əvvəl aşıq sənətinə həsr olunmuş məşhur verilişlərdən biri efirdən yığışdırıldı. Sənət ustadlarının çıxışına məhdudiyyətlər qoyulur. Sovet dönəmində saza qarşı təcaüzlərini həyata keçirə bilməyən ermənilər, indiki şəraitdən istifadə etməyə başlayıblar. Vəziyyət bu cür davam etsə, aşıq folkloruna da göz dikəcəklər".

Xəbər lenti

Xəbər lenti