...

Azərbaycanlı hokkeyçilər ilk oyunda Çin yığması ilə üz-üzə gələcək

Cəmiyyət Materials 7 İyun 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığması iyunun 9-da Bakıda start götürəcək "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirinə Çinə qarşı oyunla başlayacaq.

İyunun 10-da isə Tahir Zamanın yetirmələri Yeni Zelandiyaya qarşı oynayacaqlar. Daha sonra meydan sahibləri koreyalılarla, iyunun 13-də isə ingilislərlə üz-üzə gələcək.

Dairəvi turnirin yekun günündə isə yığmamız ABŞ millisi ilə münasibətlərini aydınlaşdıracaq. Bundan sonra onun "pley-off"dakı rəqibi müəyyənləşəcək.

Turnirdə hətta sonuncu yeri tutan komanda aktivinə 90 reytinq xal yazdıracaq.

Xəbər lenti

Xəbər lenti