...

Sidney olimpiadasının çempionu Pekin-2008-in vəsiqəsi üçün mübarizə aparacaq

Cəmiyyət Materials 13 İyun 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Sidney olmpiadasının stend atıcılığı üzrə çempionu Zemfira Məftəhətdinova Lonatoda start götürən turnirdə Pekin olimpiadasına vəsiqə uğrunda mübarizə aparacaq.

Bu, tanınmış idmançı üçün 2007-ci ildə ilk yarış olacaq. Zemfira bu il ikinci dəfə ana olub. Lakin indi idmançımız yaxşı formadadır və Lonatodakı turnirdə vəsiqə qazanmağa iddialıdır. Özü də bu yarış Zemfira üçün kəşfiyyət xarakterli olacaq, çünki o bir müddət praktikasız qalıb.

Pekin olimpiadasına vəsiqə uğrunda mübarizə idmançımız üçün ən vacib məsələdir və o, bu məqsədə çatmaq üçün əlindən gələni edəcək.

Xəbər lenti

Xəbər lenti