...

Azərbaycan Ordusunun əsir düşmüş əsgərinin qohumları onun barəsində yayılan məlumatları uydurma sayır

Cəmiyyət Materials 13 İyun 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Əsir düşmüş Azərbaycan Ordusunun əsgəri Samir Məmmədovun Ermənistan prezidentinə müraciət edərək, ona qaçqın statusu verilməsi barədə erməni mətbuatının yaydığı məlumatlar yalan və uydurmadır. Bu barədə cərşənbə günü Trend ə əsirin əmisi Vidadi Məmmədov deyib. Məmmədov bildirib ki, Ermənistan mətbuatında belə əsassız məlumatlar mütəmadi yayılır.

Məmmədov həmçinin qeyd edib ki, Samirin ailəsinə göndərdiyi son məktublar da onun özü tərəfindən yazılmayıb. Əsirin ailəsi Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyətindən narazılıq edib. Bildirib ki, BQXK-nın nümayəndələri Samirlə bağlı obyektiv məlumatlar çatdırmır, onlara ünvanlanan sualları cavablandırmaqdan yayınırlar.

S.Məmmədovun ailəsi onun vətənpərvər olduğunu qeyd edib və Azərbaycana qayıtmaqdan imtina etməsi barədə yayılan məlumatları ermənilərin uydurması kimi qiymətləndirir.

Ermənistanın "Arminfo" agentliyinin Əsir və itkin düşmüşlərlə bağlı Ermənistan dövlət komissiyasının rəhbəri Armen Kapriyelana istinadən yaydığı məlumata görə, S.Məmmədov Ermənistan prezidentinə müraciət edərək, ona qaçqın statusu verilməsini istəyib.

Azərbaycan Ordusunun əsgəri 2006-cı il dekabrın 24-də əsir düşüb.

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda yaşamış Valeri Süleymanyan ötən ay Azərbaycana əsir düşüb. O, Qarabağ ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən hərbi rejimin əlindən, orada hökm sürən səfalət və yoxsulluqdan bezdiklərini və geri qayıtmaq istəmədiyini bəyan edib.

Xəbər lenti

Xəbər lenti