...

57 namizəd vakant dövlət qulluğu vəzifələrinə təyin edilmək üçün təqdim olunub

Cəmiyyət Materials 13 İyun 2007 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dövlət orqanlarındakı vakant dövlət qulluğu vəzifəsinə keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış namizədlərlə söhbət yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, söhbət mərhələsində uğur qazanaraq iddia etdiyi vəzifəyə uyğun hesab edilən 57 namizəd vəzifəyə təyin edilmək üçün müvafiq dövlət orqanlarının rəhbərlərinə təqdim olunub. Onlardan 30-u iddia etdiyi vəzifəyə təyin edilib, 1 nəfər iddia etdiyi vəzifəni (Hesablama Palatasında sektor müdiri) tutmaqdan imtina edib. Təqdim olunmuş namizədlərdən bəziləri eyni vəzifəyə iddia etdiyi üçün 12 namizəd vəzifəyə təyin edilməyib. Onlar qanunvericiliyə uyğun olaraq ehtiyat kadr siyahısına daxil ediləcək. Xəlilovun sözlərinə görə, Hesablama Palatasına təqdim olunmuş 14 namizədin də müvafiq vəzifələrə təyin edilməsi gözlənilir. Komissiyanın sədri qeyd edib ki, boş qalan vakant vəzifələr üçün təkrarən müsabiqə elan olunacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilk dəfə olaraq aprelin 28-də 15 dövlət orqanında mövcud olan 189 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün imtahan keçirib. İmtahanda 325 namizəd ikinci mərhələdə iştirak etmək imkanı qazanıb.

Xəbər lenti

Xəbər lenti