...

Dövlət qulluqçularının etik davranış qaydaları imzalanmaq üçün prezidentə təqdim olunub

Cəmiyyət Materials 13 İyun 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dövlət qulluqçularının etik davranış qaydaları imzalanmaq üçün prezidentə təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov çərşənbə günü bildirib ki, "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Bu qanun dövlət qulluqçularının etik davranış qaydalarını və prinsiplərini, onların yerinə yetirilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Komissiya müvafiq təkliflər hazırlayaraq Milli Məclisə təqdim edəcək. Xəlilovun sözlərinə görə, bu məqsədlə BMT-nin İnkişaf Proqramının yardımı ilə Komissiyada İşçi qrup yaradılıb. Işçi qrup bir aya öz işini yekunlaşdıracaq və mavafiq təkliflər qanunverici orqana göndəriləcək.

Xəbər lenti

Xəbər lenti