...

ABŞ səfirliyi 2008-2009-cu illər üçün Fulbqayt təqaüd proqramını elan edib

Cəmiyyət Materials 14 İyun 2007 18:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ ABŞ-ın Azərbaycandakı səfirliyi 2008-2009-cu illər üçün Fulbqayt təqaüd proqramını elan edib. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən proqram azərbaycanlı alimlərə 3-10 ay ərzində ABŞ-da tədqiqat aparmaq imkanı verir.

1993-cü ildən bəri proqram çərçivəsində 45 azərbaycanlı alim ABŞ-da olub. Proqram kənd təsərrüfatı, ABŞ tarixi, arxeologiya, biznesin idarə olunması, kommunikasiya, memarlıq, informatia, jurnalistika və s. sahələri əhatə edir.

Ərizələr 15 noyabr 2007-ci ilə qədər səfirlikdə qəbul olunur.

Xəbər lenti

Xəbər lenti