...

"Trend" İA-nın "Xalq jurnalisti" müsabiqəsinin qalibi müəyyən olunub (video)

Cəmiyyət Materials 19 İyun 2007 12:56 (UTC +04:00)
"Trend" İA-nın "Xalq jurnalisti" müsabiqəsinin qalibi müəyyən olunub (video)

Azərbaycan, Bakı / Trend / Trend informasiya agentliyi "Xalq jurnalisti" müsabiqəsinin ikinci qalibini müəyyən edib. Qalib şəhərin mərkəzində sərnişin avtobusunun partlaması və yanması ilə bağlı videoyazını operativ şəkildə çatdıran Fəridə İbrahimova olub. Xəbəri http://news.trend.az/cgi-bin/readnews2.pl?newsId=925164 -da tapmaq olar.

Birinci yer "Xalq junalisti" layihəsi çərçivəsində TREND NEWS şirkətinin veb səhifələrindən nə qədər istifadə edilməsi əsasında müəyyən edilib.

İbrahimovaya mükafat kimi SonyEricsson K750i mobil telefonu təqdim olunub. Müabiqə davam edir.

Əgər siz hansısa bir qeyri-adi və cəlbedici hadisənin şahidi olmusunuzsa, hadisənin fotoaparat və kamera ilə çəkə bilmisinizsə və ya çoxlarını maraqlandıra biləcək informasiyaya maliksinizsə, bu halda sizin "Xalq jurnalisti" müsabiqəsinin növbəti mərhələsinin qalibi olmaq şansınız var. Sizin SMS məlumatlarınızı, eksklüziv foto və videokadrları (həmçinin mobil telefonlardan) (+994 50) 440 44 34 nömrəsində və ya [email protected] ünvanında gözləyirik.

Siz həmçiqnin materialı Trend in Əziz Əliyev, 11 ünvanında yerləşən ofisinə təqdim edə bilərsiniz ( "Azərbaycan" kinoteatrının yanı ). Qalib ayın yekunlarına əsasən təyin edilir.

Xəbər lenti

Xəbər lenti