...

Cənubi Koreyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Cəmiyyət Materials 20 İyun 2007 11:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ İyunun 23-dən iyulun 3-nə qədər Cənubi Koreyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə 63 nəfər daxildir. Onların arasında Azərbaycanın xalq artisti Nəzakət Teymurova və Ağadadaş Ağayev, əməkdar artistlər Azərin, Aygün Bəylər, Samir Cəfərov, gənc müğənnilər Arzu Əliyeva, Təyyar Bayramov, Azərbaycan Dövlət Kamera Orkestri və Afaq Məlikovanın rəhbərliyi ilə Dövlət Rəqs Ansamblı var. Deyilənlərə görə, Cənubi Koreyada bir neçə konsert proqramı təqdim olunacaq. Amma hələ dəqiq məlumat yoxdur. Cənubi Koreyada keçiriləcək hazırkı mədəniyyət günləri mövsümdə sonuncu olacaq və bunula da mövsüm bağlı elan olunacaq.

Xəbər lenti

Xəbər lenti