...

Şoumen Murad Dadaşov: "Əgər indi tələsməsək, 2009-cu lldə keçiriləcək Eurovision müsabiqəsinə gecikə bilərik"

Cəmiyyət Materials 20 İyun 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /müx.TrendLife Eldar Hüseynzadə/Bu yaxınlarda belə bir infomasiya yaılıb ki, Avropa yayım ittifaqı Azərbaycan Dövlət Televiziyasının Eurovision müsabiqəsində iştirak etmək üçün müraciətini qəbul etməyib. Bu xəbər gözlənilməz olub. Ondan da gözlənilməz o olub ki, bu müraciəti İctimai Televiziya etməli idi. Bunlara aydınlıq gətirmək üçün TrendLife şoumen Murad Dadaşova müraciət etdi. Murad Dadaşov mədəniyyət və turizm nazirliyi ilə birgə bu məsələni həll edirlər.

İş ondadır ki, Avropa yayım ittifaqı formata görə ictmai kanalı seçib. Mənim üçün bu yenilik oldu. Əslində AzTV öz müraciyətini edib. Onlara isə İctimai kanal lazımdır. Müraciəti qəbul edəndən sonra onlar həmin kanala monitorinq qrupu göndərəcək. Həmin işçi qrupları kanalın iş prinsipi ilə tanış olacaq. Əlbəttə ki, bu, vaxt aparır. Əgər biz indi tələsməsək, müsabiqəyə gecikəcəyik.

- Bəs siz necə düşünürsünüz, İctimai kanal Avropa yayım ittifaqının formatına uyğun gəlir?

- Mənə elə gəlir ki, hər şey yaxşı olmalıdır. Xırda qüsurlar isə həmişə olur. Onları da hər vaxt aradan qaldırmaq olur. Əvvəllər biz Eurovision müsabiqəsində iştirak etmək ancaq arzu olaraq qalırdı. O qədər problem var idi. İndi vəziyyət dəyişib. Ölkənin iqtisadi durumu yaxşılaşıb. Əsas odur ki, gecikməyək. Digər tərəfdən isə, mən istəyirəm ki, bizim müsabiqədə iştirak etməməyimiz böyük faciyəyə səbəb olmasın. Başqa layihələr də var ki, biz orda iştirak edəcəyik. Eurovision- zəif müsabiqə deyil. Burda yüz faiz əmin olmursan qalib olacaqsan, ya yox. Kimsə bu haqda danışırsa, deməli, blefdir. İndi ora getməyə imkan var. İstifadə etmək lazımdır.

- Siz deyirdiniz ki, müsabiqədə Azərbaycanı təmsil edəcək müğənni var. O da Belarusiyada oxuyan Günəşdir. İndi necə, yenə həmin fikirdəsinz?

- Mənə elə gəlir ki, hələ tezdir o haqda danışmaq. Necə deyərlər, "Nop deməmiş hoppanma". Güneş gedəcək, "Rast" gedəcək, indi o vacib deyil. Biz yaşayıb görməliyik ki, Belqradda 2008-ci ildə keçəcək müsabiqə nə ilə bitəcək. Sonra ora kim gedəcək barədə fikirləşmək olar. Mən onu bilirəm ki, hazırda ən çox bu iş üzərində işləyən Mədəniyyət və turizm nazirliyidir. Hərçənd ki, kanallar da öz aktivliyini göstərməlidir. Mən Finlandiyada deyəndə ki, Mədəniyyət və turizm nazirliyinin dəstəyi ilə biz layihə üzərində işləyirik, onlar təəccübləndilər. Azərbaycanda Eurovision müsabiqəsini yüksək qiymətləndirirlər.

- Murad, siz indi Eurovisiondan başqa hansı işlərlə məşğul olursunuz?

- Mən indi Azərbaycanda çox seriyalı filmlərin - serialların yayımlanması ilə məşğul oluram. Bir çox ölkələrin prodüsserləri ilə danışıqlar aparıram. Dünya seriallarının sxemi SitCom kompaniyası fəaliyyət göstərir. Bu günlər mən bütün kanallara öz minnətdarlığımı bildirirəm. Onlar bizə işbirliyini təklif edirlər. Yeni mövsümdə tamaşaçılara yeni layihələr söz verirəm.

Xəbər lenti

Xəbər lenti