...

ATƏT Azərbaycan hüquqşünasları üçün yeni kitab təqdim edib

Cəmiyyət Materials 21 İyun 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " A.Bədəlova/ Cümə axşamı ATƏT-dən verilən məlumata görə, ATƏT-in Azərbaycandakı nümayəndəliyi "Mülkiyyət hüququna dair izahatlar" və "Avropa Məhkəmə Hüququ: mülkiyyət hüququ" adlı iki kitab buraxıb.

Nəşrlərin müəllifi Azərbaycan hüquqşünasları, Ali Məhkəmənin hakimləri və mülki hüquqlar sahəsinin hüquqşünaslarıdır. Bu, Azərbaycan dilində çap olunan bu növ ilk kitabdır.

"Biz ümid edirik ki, bu kitablar qanunvericilik sahəsində çalışan tələbələr və təcrübəçilərin məlumatlandırılmasına təsir edəcək" - deyə ATƏT- in Bakı ofisinin rəhbəri Xose-Luis-Herrero bildirib.

Mülkiyyət hüququna dair kitabın məqsədi mülki hüquq sahəsində çalışan tələbələr və hüquq müəllimləri arasında mülki kodeksin qanunları ilə bağlı müzakirələr yaratmaqdır.

Avropa məhkəmə hüququnun xülasəsi ilə bağlı kitab mülkiyyət hüququnun müdafiəsinin təminatı standartları haqqında məlumat verir. Əsas məqsəd məhkəmə müzakirələri və məhkəmə araşdırmalarının keyfiyyətini artırmaqdır.

Xəbər lenti

Xəbər lenti