...

Eks-prodüsser sakitləşmir

Cəmiyyət Materials 23 İyun 2007 14:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Eks-ofisiant və eks-prodüsser Tolik bu yaxınlarda Aygün Kazımova ilə nəyə görə ayrıldığını TrendLife-a bildirib. "Aygün öz konsertində satılmayan biletlərin aqibəti ilə barışa bilmirdi. Stadionun kirayə pulunu vermək lazım idi. Bilet satışından isə bizə lazım olan məbləği yığa bilmədik. Bəli, mən istədim ki, Aygün konserti stadionda versin. Fikirləşirdim ki, məhz Kazımova beş il bundan qabaq necə sevilən müğənni idisə, eləcə də qalıb. Sən demə, əksinə" - deyə Tolik bildirdi.

Yadınıza salaq ki, bu yaxınlarda Aygün Kazımova bildirmişdi ki, Toliklə ayrılmağının əsas səbəbi maddi fırıldağın olması idi.

Xəbər lenti

Xəbər lenti