...

Prezidentin İcra Aparatının rəhbəri: "Bələdiyyələrin bundan sonra daha da inkişaf etməsi üçün lazımı şərait yaradılacaq"

Cəmiyyət Materials 27 İyun 2007 13:25 (UTC +04:00)
Prezidentin İcra Aparatının rəhbəri: "Bələdiyyələrin bundan sonra daha da inkişaf etməsi üçün lazımı şərait yaradılacaq"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bu saatlarda Bakının "Park İnn" mehmanxanasında Azərbaycanın 195 bələdiyyə sədrinin iştirakı ilə ümumrespublika toplantısı keçirilir. Tədbirin məqsədi bələdiyyələrlə bağlı bölgələrdə keçirilmiş görüşlərin nəticələrini müzakirə etmək, mövcud problemlərin həlli yollarını axtarmaqdır. Tədbirdə şəhər və rayon bələdiyyə sədrləri dövlət və hökumət nümayəndələri qarşısında hesabatla çıxış ediblər. Onlar bələdiyyə büdcələrinin və büdcə gəlirinin formalaşması məsələsi ilə bağlı təkliflər irəli sürüblər.

Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bələdiyyələrlə bağlı bölgələrdə aparlan müzakirələri müsbət qiymətləndirərək, bələdiyyələrin bundan sonra daha da inkişaf etməsi üçün şərait yaradılacağını deyib.

Günün ikinci yarısında isə Bələdiyyələrin Əlaqələndirmə Şurasının iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti