...

Sabunçu rayonunda ağacları kəsiblər

Cəmiyyət Materials 27 İyun 2007 18:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun/müx. "TrendLife" Fərid Sadıxov/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının Bakı şəhəri ərazisində keçirdiyi reydlər zamanı yaşıllığın məhvi ilə bağlı növbəti qanunsuzluq aşkarlanıb. Məlum olub ki, Sabunçu rayonu Sülh küçəsi 1 və 1-A saylı yaşayış binalarının arasında yerləşən ərazidə ticarət obyektinin tikintisini həyata keçirən fiziki şəxs Nağıyev Novruzəli orada 6 ədəd böyük ağacı kəsərək məhv edib.

Aşkar olunmuş faktla əlaqədar akt tərtib olunub və təbiətə vurduğu ziyana görə təqsirkar şəxsə qarşı iddia qaldırılıb.

Nazirliyin Bakı şəhəri üzrə Departamenti hazırda digər rayonlarda da reydlər keçirir.

Xəbər lenti

Xəbər lenti