...

Azərbaycanın təhsil naziri: "İlin sonuna qədər 200-dək yeni təhsil müəssisəsi tikilərək istifadəyə veriləcək"

Cəmiyyət Materials 29 İyun 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2007-ci ilin sonuna qədər 200-dək qədər yeni təhsil müəssisəsi tikilərək istifadəyə veriləcək. Bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə günü açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanın tarixində təhsil sahəsində heç zaman bu qədər iş görülməyib: "Biz artıq ümumtəhsil məktəblərinin informasiya komminikasiya texnologiyaları ilə təminatı proqramının birinci mərhələsini başa vurduq. İlin sonuna yəqin ki, hər 33 şagirdə bir kompüter verilməsini də yüksək səviyyədə həll edəcəyik. Dərsliklərlə, əlavə oxu materialları, xəritələr və kadr təminatı ilə baglı çox ciddi işlər görülür"-deyə təhsil naziri qeyd edib.

O əlavə edib ki, hazırda Nazirlik yeni bir proqramın reallaşdırılmasına başlayır. Uşaq bağçalarının, peşə məktəblərinin, məktəb kitabxanalarının inkişafı ilə bağlı olan həmin proqram bu günlərdə imzalanacaq.

Xəbər lenti

Xəbər lenti