...

Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun birinci ongünlüyünün sonuna qədər davam edəcək

Cəmiyyət Materials 2 İyul 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qeyri-sabit hava şəraiti iyulun birinci ongünlüyünün sonuna qədər davam edəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib. Onun sözlərinə görə, iyulun 5-dək davam edəcək qeyri-sabit hava şəraiti zamanı şimal-qərb küləyi hökm sürəcək, fasilələrlə yağış yağacaq. İyulun 5-dən 7-dək isə havanın temperaturu qismən yüksəlsə də, yenidən iyulun 11-dək qeyri-sabit hava şəraiti mövcud olacaq. Havanın temperaturu Bakı və Abşeron yarımadasında 27-28, Aran rayonlarında 30, dağətəyi ərazilərdə isə 19-20 dərəcə olacaq.

"İyul ayı bütövlükdə iqlim normasına yaxın və bir qədər yüksək olacaq. Yağıntılar da normaya yaxın olacaq" - deyə Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti