...

"Şeron" qrupunun solisti Ülvi Cəfərov: "Bizim qrup da özünü həmin səhnədə görmək istərdi"

Cəmiyyət Materials 3 İyul 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /müx. "TrendLife" Əli Dərviş/ "Eurovision" mahnı müsabiqəsində iştirak etməyə "Şeron" qrupu da hazırlaşır. Bu haqda "TrendLife"a məlumat verən "Şeron" qrupunun solisti Ülvi Cəfərov bunları söylədi: "Bu müsabiqəni izləmək çox xoş idi. Hər bir iştirakçıya doğrudan da paxıllıq etmək olardı. Onu da qeyd etmək olar ki, əgər biz o musabiqədə iştirak etsək belə, üçlüyə düşə bilmərik. Səbəb isə digər ölkələrin bizim respublikaya olan münasibətdir. Amma il ildən vəziyyət dəyişir. Bizim qrup da özünü həmin səhnədə görmək istərdi. Əsas odur ki, müsabiqədə layiqincə vətənini təmsil edəsən. Bunun üçün isə maddi imkan lazımdır. İlk əvvəl repertuarı təzələmək, istedadlı bəstəkarları cədb etmək, aranjirovşiklərlə işləmək, bir də ən əsası repertuarına ingilis dilli mahnılar daxil etmək lazımdır. Belə hesab edirəm ki, "Şeron" qrupunun dünya səhnəsində iştirak etməsi üçün bir il də bəs edər".

Xəbər lenti

Xəbər lenti