...

"Müxalifət"in əməkdaşları ilə bağlı məhkəmə sabah qərar qəbul edəcək

Cəmiyyət Materials 5 İyul 2007 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Müxalifət" qəzetinin həbs olunmuş baş redaktoru Rövşən Kəbirli və əməkdaşı Yaşar Ağazadənin apellyasiya şikayəti üzrə cümə axşamı məhkəmə prosesi keçirilib. Apellyasiya məhkəməsinin hakimi Mirpaşa Hüseynovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilənlər və onların vəkilləri apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş ediblər. Baş redaktor Kəbirli Apellyasiya Məhkəməsinin bu işlə bağlı ədalətli qərar çıxaracağına ümid etmədiyni bildirib. O qeyd edib ki, dərc olunmuş yazıda yer alan fikirlər əvvəllər də bəzi mətbu orqanlarında dərc olunub və təkzib edilməyib. Digər təqsirləndirilən Ağazadə ifadə verməkdən imtina edib. Vəkil Rəşid Hacılı Avropa təcrübəsində jurnalistlərin söylədikləri fikirlərə görə həbs olunmadığını əsas gətirərək, hüquqlarını müdafiə etdikləri şəxslərin həbsini Azərbaycanda söz və mətbuat azadlığına təzyiq kimi qiymətləndirib. Digər vəkil Aslan İsmayılov isə apellyasiya şikayətini müdafiə etməklə bərabər vurğulayıb ki, yazı faktoloji cəhətdən əsaslandırılsa da, onun dərc olunması Azərbaycan adət-ənənələrinə ziddir. Millət vəkili, xüsusi ittihamçının vəkili İkram Şirinov isə Kəbirlinin çıxışına sərt ittihamlarla başlamasını, onların törətdiyi əməldən peşman olmadığını əsas gətirərək, apellyasiya şikayətinin təmin edilməməsini və Yasamal Rayon Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını məhkəmədən xahiş edib. Məhkəmə sabah iş üzrə yekun qərarını elan edəcək.

Millət vəkili Cəlal Əliyevin xüsusi ittiham qaydasında şikayəti üzrə jurnalistlər Cinayət Məcəlləsinin 147.2-ci (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək Yasamal Rayon Məhkəməsinin 16 aprel tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. "A.M.A.Y Əliyevlərin ticarət markası" adlı məqalədə AMAY Ticarət Mərkəzinin Əliyev tərəfindən himayə olunması göstərilib.

Xəbər lenti

Xəbər lenti