...

BMT-də hesab edirlər ki, Azərbaycanda yəhudilər öz ənənələrinə sərbəst əməl edə bilərlər

Cəmiyyət Materials 6 İyul 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Azərbaycanda antisemitizm yoxdur və yəhudilər öz ənənələrinə sərbəst surətdə əməl edə bilərlər. Bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Bruno Pueza Bakıda dağ yahudiləri ilə görüşdə bildirib.

"Yəhudilər Azərbaycanda yəhudi inamı ilə bağlı yazılmış bütün ayin və ənənələrə əməl edə bilərələr. Azərbaycanda yəhudilərin məişət və yaşayış problemləri burda yaşayan digər etnos və dini konfessiyaların nümayəndələrində olduğu kimidir", - deyə BMT nümayəndəliyinin rəhbərinin sözlərini Yəhudi xəbər Agentliyi yayıb.

BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri həmçinin respublikada bir neçə - dağ, aşkenaz, gürcü yəhudi icmalarının mövcud olması və bu icmaların nümayəndələri arasında mümkün fərqlərlə maraqlanıb.

İcma rəhbərliyi bildirib ki, Bruno Pueza Azərbaycandakı yəhudi diasporunun tarixinə böyük maraq göstərib. Xüsusilə BMT nümayəndəsini Azərbaycanda ilk yəhudilərin necə peyda olması ilə maraqlanıb. "Biz cənab Brpuno Puezaya bildirdik ki, Azərbaycan ərazisində ilk yəhudilər 2700 il bundan əvvəl peyda olublar. Bunlar Azərbaycanın cənub sərhədlərindən gələn köçkünlər olub", - deyə yəhudi icmasından bildiriblər.

Azərbaycandakı yəhudi icmasının aktual problemləri ilə tanış olan Bruno Puezo bildirib ki, BMT-nin Azərbaycan nümayəndəliyi yəhudi diasporuna həmişə yardım etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti