...

"Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının təqdimatı olub

Cəmiyyət Materials 6 İyul 2007 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəniyyət sahəsində fəaliyyətindən bəhs edən "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabının təqdimatı olub. Kitab Mədəniyyət və Turizm Nazirliyi ilə Beynəlxalq Musiqi Şurası Azərbaycan Milli Komitəsinin birgə layihəsi əsasında hazırlanıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Kitab YUNESKO-nun baş direktoru Kaişiro Matsuranın Mehriban Əliyevanın fəaliyyəti haqqında fikirləri ilə başlayır. "Mehriban Əliyeva mədəniyyətimiz, mədəni irsimiz və iincəsənət xadimləri haqqında", "Azərbaycan mədəniyyətinin dostları Fondunun tədbirləri", " Heydər Əliyev Fondunun tədbirləri", "Mehriban Əliyevanın müsahibələri" və s. bölmələrdən ibarət kitabda Mehriban Əliyevanın fədakar xeyriyyəçilik fəaliyyəti Azərbaycan mədəniyyətinə qayğı kontekstində təhlil olurur. Kitabın elektron variantı da hazırlanıb, onun ingilis və rus dillərinə tərcümə olunaraq yayılacağı planlaşdırılır.

Təqdimat mərasimində Mehriban Əliyevanın mədəniyyət sahəsindəki xidmətlərinə həsr olunmuş videomaterial nümayiş etdirilib.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib ki, "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi" kitabı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində fəaliyyətinin əks-sədasıdır. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev və digər çıxış edənlər də Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə böyük qayğı göstərdiyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti