Azərbaycan, Bakı, 7 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Aycün Kazımova canlı efirdə Kamran Həsənlini "klarnetdə ifa etməyə" göndərdikdən sonra müğənni dediklərinə heç də peşman olmamışdı və üzr istəmək niyyətində deyildi. Kamranın önündə də olmasa, müğənni "Onlar" verilişində tamaşaçılardan efirdə dediyi sözlərə görə üzr istədi.
Bu haqda Kamran Həsənli TrendLife-a bunları bildirdi: "Bu üzrlər Aygünün ikinci dəfə ATV-dən ayrılmamağına kömək etdi. Mən heç də heyfsilənmirəm ki, canlı efirdə müğənni mənim ünvanıma təhqiramiz sözlər deyib. Mən ona cavab vermiş olsaydım, gərək onun səviyyəsinə düşəydim".